“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Çelsi” ilə matçın bilet satışı davam edir.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Çelsi” ilə matçın bilet satışı davam edir.
TİA.AZ xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı 45000-ə çatıb.
Biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.