“Qarabağ” cavab oyununa çıxacaq – Çempionlar Liqası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. 

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

APA-nın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nın qonağı olacaq.

İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək. Albaniyada baş tutacaq “Kukesi” – “Şerif” duelinin qalibi “Qarabağ”a rəqib olacaq.

Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

18:00. “Astana” (Qazaxıstan) – “Spartak” (Latviya)

İlk oyun – 1:0

20:00. “Vardar” (Makedoniya) – “Malmö” (İsveç)

İlk oyun – 1:1

20:00. “Alaskert” (Ermənistan) – BATE (Belarus)

İlk oyun – 1:1

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 0:5

22:00. TNS (Uels) – “Riyeka” (Xorvatiya)

İlk oyun – 0:2

22:00. “Vikinqur” (Farer adaları) – “Hafnarfyordur” (İslandiya)

İlk oyun – 1:1

22:45. “Buduçnost” (Monteneqro) – “Partizan” (Serbiya)

İlk oyun – 0:2