Bakıda təmsilçimiz “Qarabağ”ın müqavimətini qıra bilməyən (0:0) “Atletiko”nun kapitanı Qabi ölkəsinin “Marca” nəşrinə açıqlama verib
Bakıda təmsilçimiz “Qarabağ”ın müqavimətini qıra bilməyən (0:0) “Atletiko”nun kapitanı Qabi ölkəsinin “Marca” nəşrinə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, oyunla bağlı bunları bildirib:
“İlk hissədə qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Matçın ikinci hissəsi göstərdi ki, “Qarabağ” istənilən komandaya başağrısı ola bilər”.
O, yer aldıqları qrupun çox güclü olduğunu bildirib: “Əsl həqiqət budu. Bundan sonrakı matçlarda qələbə qazanmalıyıq. Amma öncə Çempionlar Liqasında ilk qalibiyyətimizi əldə etməliyik”.
Qeyd edək ki, dünənki nəticələrdən sonra “Qarabağ”ın yer aldığı C qruöunda “Çelsi”nin 7, “Roma”nın 5, “Atletiko”nun 2, təmsilçimizin isə 1 xalı var.