Uzun müddətdir “Qarabağ”la “Neftçi” kapitanı Emin Mahmudov arasında aparılan danışıqlar yekunlaşıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, müzakirələrin yekununda Ağdam təmsilçisi 31 yaşlı yarımmüdafiəçini transfer etməkdən imtina edib.
Buna səbəb Mahmudovun “köhlən atlar”dan 500 min dollar tələb etməsi olub. “Qarabağ” bu məbləği aşağı salmağa cəhd etsə də, istəyinə nail olmayıb. Kapitanı olduğu “Neftçi”yə güzəşt etməyən Emin, ölkə çempionuna qarşı da eyni addımı atıb.
“Ağ-qaralar”ın kapitanının gələcək taleyinə böyük ölçüdə bu həftə aydınlıq gələcək. O, ya “Neftçi”də qalacaq, ya da ölkə xaricinə üz tutacaq.