“Qarabağ” bu iki nəfərlə bağlı UEFA-ya müraciət etdi

“Qarabağ” bu iki nəfərlə bağlı UEFA-ya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” son günlər transfer bazarındakı fəallığı ilə diqqət çəkməkdədir.

“Pəncərə bağlanmamış” boşluqları aradan qaldırmağa çalışan “köhlən atlar” rusiyalı təcrübəli qapıçı Andrey Lnyovun ardınca Plovdiv “Lokomotiv”indən Mateus Silvanı heyətinə qatdı.

İndi sual doğuran əsas məqam sözügedən futbolçuların “Olimpiya” ilə oyunlarda oynayaıb-oynamayacağıdır. Təbii ki, bunun üçün “Qarabağ” Andreylə Mateusun adını sifariş ərizəsinə salmağa nail olmalıdır.

Sportinfo.az xəbər verir ki, klub rəsmiləri iki gündür bu işin üzərində çalışır. Hər ikisinin adı UEFA-nın müvafiq şöbəsinə göndərilib.

Avropa futbol qurumu futbolçularla bağlı araşdırma aparandan sonra yekun qərarını verəcək. Çox güman, sabah gün ərzində məsələyə aydınlıq gələcək.

Ortaya fövqəladə problem çıxmasa, Lunyovla Silvanın adı “23-lük”də olacaq.

Avqustun 24-də “Stojitse” stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.