Portuqaliyanın “Akademika Vizeu” klubunun futbolçusu Andre Klovis “Qarabağ”a keçməyə çox yaxındır.
Tribunainfo.az Sport24.az-a istinadən xəbər verir ki, forvard avrokuboklarda pley-off mərhələsinin oyunlarınadək Azərbaycan çempionunun düşərgəsində olmalıdır.
Onun yaxın zamanda Bakıya gələrək tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı oyunçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.