Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyununa çıxıb.
Tribunainfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycanın təmsilçisi “Bayer Leverkuzen”i qəbul edib.
Ağdamlılar bu rəqibinə səfərdə 1:5 hesabı ilə uduzmuşdu. İtkisiz irəliləyən “Bayer” bu oyuna qədər 9 xalla qrup lideri idisə, “Qarabağ” 6 xalla ikinci idi. Bu oyunda isə Almaniya klubu əlavə vaxtda qazandığı penalti ilə qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin edib.
Qrupun digər görüşündə “Hekken” (İsveç) öz meydanında “Molde” (Norveç) ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr
Ətraflı
Ad – 00:03
“Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya) 0:1
Qol: Viktor Bonifase, 90+4-pen.
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bayer: 17. Matey Kovar, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta (k), 8. Robert Andrix, 10. Florian Virts, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 18. Noa Mbamba, 23. Adam Hlojek, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta, 47. Ayman Aurir.Baş məşqçi: Xabi Alonso