“Qarabağ” BATE-ni keçərsə, bu NƏHƏNGLƏ QARŞILAŞACAQ

“Qarabağ” BATE-ni keçərsə, bu NƏHƏNGLƏ QARŞILAŞACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında saat 14:00-da başlayan tədbirdə Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

“Səpələnməmişlər” səbətində yer alan Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.