Litva, Latviya və Estoniya bundan sonra da hər zaman Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və müstəqilliyini müdafiə edəcək.
Litva, Latviya və Estoniya bundan sonra da hər zaman Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və müstəqilliyini müdafiə edəcək.
TİA.AZ xəbər verir ki, bunu Baltik Assambleyasının prezidenti Yanis Vuçans söyləyib. Vuçansın çıxışını Latviya Seyminin mətbuat xidməti yayıb. O, Baltikyanı ölkələrin bundan sonra da GUAM üzvlərinin avrointeqrasiyasına hər cür yardım göstərəcəyini bildirib:
“Rusiya postsovet məkanında öz təsirini gücləndirməyə çalışır. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova öz regionlarında müxtəlif konfliktlərə cəlb ediliblər. Onları yalnız sülh yolu ilə həll etmək lazımdır. Biz hər zaman sizin ərazi bütövlüyünüzü müdafiə edəcəyik”.
Qeyd edək ki, Vuçinsa bundan öncə Bakıda GUAM ölkələri Parlament Assambleyasının 9-cu sesiyasında iştirak edib.