Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırda 20200 bilet alınıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.