“Qarabağ” Avroliqa ilə vidalaşdı – QOLLARIN VİDEOLARI

“Qarabağ” Avroliqa ilə vidalaşdı – QOLLARIN VİDEOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.
Tribunainfo.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

“Olimpiakos” 56-cı dəqiqədə hesabı açır. El Kaabi topu tora ötürməyi bacarır.

31 yanvar

Avropa Liqası

Liqa mərhələsi, 8-ci tur

00:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan) – 3:0

Qollar: El-Kaabi, 56 (1:0), 60 (2:0), Biankon, 89 (3:0)

Baş hakim: Redu Petresku (Rumıniya)

Pirey. “Georgios Karaiskakis” stadionu