“Qarabağ” artıq mərhələni keçdiyinə inanır” – Robbi Kin

“Qarabağ” artıq mərhələni keçdiyinə inanır” – Robbi Kin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk hissə yaxşı keçdi. Qol vurduq, inamlı idik”.

“Football-plus.az” xəbər verir ki, bunu Macarıstan “Ferentsvaroş”unun baş məşqçisi Robbi Kin evdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis “Qarabağ”dan buraxılan qolları məyusedici adlandırıb:

“Künc və cərimə zərbəsindən qol buraxmağımız məyusedicidi. Qarşılaşmaya daha yaxşı nəzarət etmək istəyirdik. Matçdan sonra futbolçulara dedim ki, “Qarabağ”ın qələbəni necə bayram etdiklərinə baxsınlar. Azərbaycan klubu artıq mərhələni keçdiyinə inanır. Bu, bizi cavab oyunu üçün həvəsləndirməlidi. Məncə, Bentse Otvosun zədəsi bizim üçün böyük itki oldu. Onun yoxluğunu hiss olunurdu”.