“Qarabağ” tarixində ardıcıl olmaqla 10-cu dəfə avrokubokların qrupunda oynamaq hüququ qazanıb.
Tribunainfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə qalib gələrək (2:1, 2:1) buna nail olub.
Beləliklə, Avropa Liqasında pley-offa yüksələn Ağdam təmsilçisi ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
Bununla da, “Qarabağ” avrokubokların qrupunda ən çox oynayan Azərbaycan klub kimi özünəməxsus rekordu yeniləyib.
Qeyd edək ki, “Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, 7 dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/2023) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb.