“Ludoqorets”də baş məşqçi Georgi Dermençiev istefaya göndərilib.
Tribunainfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.
“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək.
Qeyd edək ki, Georgi Dermençiev 2023-cü ildən “Ludoqorets”in baş məşqçisi idi.