“Qarabağ” 3 qol vurdu, “Sabah” uduzdu (VİDEO)

“Qarabağ” 3 qol vurdu, “Sabah” uduzdu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, əvvəlcə “Sabah” “Keşlə”ni qəbul edib. Oyunun taleyini bir qol həll edib. 45+1-ci dəqiqədə baxımlı qola imza atan Vüsal İsgəndərli “Keşlə”yə qələbə qazandırıb. 78-ci dəqiqədə isə qonaqlardan Sezar Meza Kolli qırmızı vərəqə alıb.
Günün ikinci matçı “Qarabağ” və “Qəbələ” arasında keçirilib. Sonuncu Azərbaycan çempionu meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Hesabı 61-ci dəqiqədə penaltidən Riçard Almeyda açıb. 3 dəqiqə sonra Maqaye Qeye fərqlənib. 79-cu dəqiqədə isə Abdullah Zubir son nöqtəni qoyunb.
Qeyd edək ki, turun ilk oyununda “Səbail” “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 26-da keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, II tur
25 avqust
Sabah – Keşlə 0:1
Qol: Vüsal İsgəndərli, 45+1.
Qırmızı vərəqə: Sezar Meza Kolli, 78.
Masazır. “Bank Respublika Arena”.
Qarabağ – Qəbələ 3:0
Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63. Abdullah Zubir, 79.
Bakı. “Azersun Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Səbail

2

2

0

0

4:0

6

2

Qarabağ

2

2

0

0

4:0

6

3

Keşlə

2

1

0

1

1:1

3

4

Sumqayıt

2

1

0

1

2:3

3

5

Neftçi

1

0

1

0

1:1

1

6

Sabah

2

0

1

1

1:2

1

7

Zirə

1

0

0

1

0:1

0

8

Qəbələ

2

0

0

2

0:5

0

Bombardirlər

Mehdi Şərifi (Sumqayıt), Ağabala Ramazanov (Səbail) – 2.