“Qarabağ” 22 ildən sonra “Şəmkir”in rekordunu təkrarlayıbbackend

“Qarabağ” 22 ildən sonra “Şəmkir”in rekordunu təkrarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb.

Tribunainfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XXVII turda “Sumqayıt”a 6:0 hesabı ilə qalib gəlməklə nail olub.

Beləliklə, Ağdam təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. “Köhlən atlar” cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə yenilib – 1:3.
Rəqib meydanında keçirilən əvvəlki 23 qarşılaşmada 19 qələbəsi olan ölkə çempionu 4 dəfə heç-heçə edib.
1999 – 2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” bu vaxtadək mütləq rekordçu idi. “Qarabağ” 22 ildən sonra bu göstəricini təkrarlayıb. Ağdamlılar növbəti səfər matçında yeni rekord müəyyənləşdirə bilər.