“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB

“Qara qızıl”ı ucuzlaşdıran SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhərki artımdan sonra dünya bazarlarında neft qiymətləri azalmağa başlayıb və ikinci koronavirus dalğası və yeni karantin məhdudiyyətləri fonunda 3%-dən çox ucuzlaşıb.

TİA.AZ xəbər verir ki, bunu ticarət sövdələşmələri barədə məlumatlar göstərir.

Belə ki, Londonun ICE birjasında “Brent” markalı neftin 2020-ci ilin dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 15:52-də 42,02 ABŞ dolları/barel səviyyəsinə düşüb və bu, öncəki sessiyanın bağlanış səviyyəsindən 3,29% aşağıdır.

WTI markalı xam neftin qiyməti isə 3,38% azalaraq 40,03 ABŞ dolları/barelə düşüb.

İnvestorları dünya miqyasında koronavirusa yoluxma hallarının sayının artması fonunda neftə olan tələbatın perspektivləri narahat edir. Bu həftə artıq Fransa, Almaniya və Böyük Britaniya yeni məhdudiyyətlər elan ediblər.