Qara Qarayev “Araz-Naxçıvan”la yeni müqavilə imzaladı

Qara Qarayev “Araz-Naxçıvan”la yeni müqavilə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.