Qara maskalılar Şahramanyanın ofisini basdı: Maşını aparıldı

Qara maskalılar Şahramanyanın ofisini basdı: Maşını aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistan DİN-in xüsusi təyinatlı qrupu separatçıların rəhbəri Samvel Şahramanyanın ofisini basıblar. Tribunainfo.az xəbər verir ki, qara maskalılar əvvəlcə ofisin darvazasını sındırıblar. Daha sonra isə həyətə daxil olaraq, Şaharamanyana məxsus olan avtomobili müsadirə edərək, aparıblar.

Separatçıbaşı yerli mediaya açıqlamasında deyib ki, maşını aparmaq üçün belə əməliyyatın keçirilməsi lazımsız iş idi. “Söhbət maşından getmir, sadəcə olaraq Qarabağa aid olanları aradan qaldırılmasından gedir”.

Qeyd edək ki, hadisədən xəbər tutan erməni müxalifətinin yeni başçısı keşiş Baqrat fürsəti əldən verməyib. O dərhal Şahramanyanın yanına gələrək, öz avtomobilini ona hədiyyə edib.

Separatçıların digər nümayəndəsi Metaxe Akopyan isə bildirib ki, proses bununla bitməyəcək. “Ermənistan hakimiyyəti Qarabağın Ermənistandakı nümayəndəliyini bağlamağa başlayacaq”.

Ermənistan DİN-i isə açıqlama yayaraq bildirib ki, sözügedən hadisə qaldırılmış cinayət işi ilə əlaqəlidir və hazırda istintaq getdiyindən geniş açıqlama verə bilməzlər.