Qara dənizdə çimmək qadağan olundu

Qara dənizdə çimmək qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Anapa şəhər rəhbərliyi dəniz kənarında istirahət edənlərə Qara dənizdə çimməyi qadağan edib.

TİA.AZ-ın məlumatına görə, bu qərara suyun temperaturunun aşağı olması səbəb olub.

Qeyd olunur ki, bölgədə çimərliklərdə suyun temperaturu 14-16 dərəcəyədək azalıb. Temperaturun yaxın bir həftə ərzində qalxa biləcəyi ehtimal olunur.

Qadağa iyulun 8-dən tətbiq olunub, amma qərarın müddəti barədə məlumat verilmir.