NASA-nın Çandra X-şüaları Rəsədxanası və digər qabaqcıl teleskoplardan istifadə edərək Belfast Universitetinin rəhbərlik etdiyi tədqiqatçılar nəhəng qara dəliyin iki ulduzu necə məhv etdiyini aşkar ediblər.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bu təəccüblü kəşf elm aləmində uzun müddətdir müzakirə edilən iki ayrı hadisəni birləşdirib.
2019-cu ildə astronomlar qara dəliyə çox yaxınlaşan ulduzun güclü cazibə qüvvələri tərəfindən parçalanmasının şahidi oldular. Bu hadisədən sonra ulduzun qalıqları disk şəklində qara dəliyin ətrafına yığılaraq “ulduz məzarlığı” əmələ gətirir. Lakin yeni tapıntılar bu diskin genişlənməyə başladığını və başqa bir ulduz və ya daha kiçik qara dəliklə toqquşduğunu göstərib. Bu toqquşma hər 48 saatdan bir təkrarlanan rentgen şüalarına səbəb olur.
Komandaya rəhbərlik edən Dr. Matt Nikoll bu hadisəni bir dalğıcın suya hər dəfə girdiyi zaman sıçradığı su ilə müqayisə edərək, “Ulduzun qara dəliyin ətrafındakı qaz diski ilə hər toqquşması böyük bir qaz partlayışına və rentgen şüalarına səbəb olur”, – deyib.
Ceylan