backend

Qara Dəliklərin Sirri Açılırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çılpaq gözlə görülməyən qara dəlikləri teleskoplarla, ətraflarındakı ulduzlara necə təsir etdiklərini anlayaraq görmək mümkündür. 

Çılpaq gözlə görülməyən qara dəlikləri teleskoplarla, ətraflarındakı ulduzlara necə təsir etdiklərini anlayaraq görmək mümkündür.

Yaponiya Kosmos Dairəsi, fevral ayında Astro-H peykini kosmosa göndərdi. Orbitdəki peykin məqsədi, bütün qalaktikaların mərkəzində iştirak edən nəhəng qara dəlikləri araşdırmaq idi.

Peyk, orbitdə bir ay qaldıqdan sonra parçalandı. Ancaq dövrədən çıxmamışdan əvvəl dünyadan 240 milyon işıq ili uzaqlıqda olan və içində yüzlərlə qalaktika olan Perseus qrupu haqqında çox əhəmiyyətli məlumatlar yığdı.

Peykin elektromaqnit şüa ölçən spektrometri, Perseus qrupunun mərkəzindəki həddindən artıq isti qazların axışının gözləniləndən daha yavaş olduğunu göstərdi. 

Astrofizik Brian McNamara, “Bu da nəhəng qara dəliklərin qazlara nə qədər enerji nəql etdikləri haqqında həssas hesablamalar etməyimizə imkan yaradır. Beləcə qalaktikaların necə bir təkamüldən keçdiyini, ulduz və qazların eynilə yağış kimi soyuyub kosmik zaman içində necə dəyişdiyini daha yaxşı anlayacağıq “deyə izah edir.

Mütəxəssislər ayrıca maddənin hallarından biri olan isti plazmanı yəni qalaktikalar ətrafındakı qazları da araşdırır. Plazma hələ soyumamış, atmosferimizdə formalaşan yağış kimi sıxlaşmamış, yəni ulduz və planet halına gəlməmiş qazlar olaraq təyin edən McNamara, ” Plazma bir mənada kainatın gələcəyidir. Həm mövcud, həm də gələcəkdə meydana gələcək qalaktikaların aqibətini anlamağa çalışırıq “deyir.

Nəhəng qara dəliklər, qalaktikaların formalaşması və təkamül müddətinə təsir edə bilər. Qara dəliklərin saldığı sonsuz enerji, yeni ulduzların meydana gəlməsinə kömək edir.Qalaktikaların ortasındakı gözlə görülməz nəhəng qara dəliklər, qalaktikaların hansı sürətlə böyüdüklərini təyin edir. 

Taryel Abdullayev