Qar yağacaq, bu yollar BUZ BAĞLAYACAQ – XƏBƏRDARLIQ!backend

Qar yağacaq, bu yollar BUZ BAĞLAYACAQ – XƏBƏRDARLIQ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.