“Son üç gün ərzində qarlı hava səbəbindən yıxılıb travma alan 42 nəfər təcili yardıma müraciət edib”.
“Son üç gün ərzində qarlı hava səbəbindən yıxılıb travma alan 42 nəfər təcili yardıma müraciət edib”.
Bu barədə TİA.AZ-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi Rauf Nağıyev məlumat verib.
O, travma alanlar arasında uşaqların olmadığını deyib: “Əsas müraciətlər 18 yaşdan yuxarı müxtəlif yaş qruplarında şəxslər var. Ümumi müraciət edənlərdə 38 nəfər xəstəxanaya yerləşdirilib. Qalanlarına isə ilkin yardım göstərilib”.