backend

Qanunsuz siqaret istehsal edən ermənilər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada qanunsuz siqaret istehsalı ilə məşğul qrupun üzvləri həbs edilib. 

Polşada qanunsuz siqaret istehsalı ilə məşğul qrupun üzvləri həbs edilib.

APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, qrupa rəhbərliyi iki Ermənistan vətəndaşı edib. Paytaxt Varşava yaxınlığındakı qanunsuz tütün sexində aparılan axtarışlar zamanı 10 min dolu və 100 min boş siqaret qutusu aşkarlanıb.

Həbs edilənlər arasında beş Ukrayna, iki Ermənistan və bir Polşa vətəndaşı olub. Qruplaşmaya rəhbərlik edən ermənistanlıları on ilədək, digər iştirakçıları isə beş ilədək həbs cəzası gözləyir.