Qanunsuz ov edən 2 əcnəbi saxlanıldı

Qanunsuz ov edən 2 əcnəbi saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.
Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.