Qandonduran cinayət: Adamları öldürüb sonra oturub güldü – Detallar\FOTO

Qandonduran cinayət: Adamları öldürüb sonra oturub güldü – Detallar\FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın Villax şəhərində küçədə insanlara bıçaqla hücum edərək 1 nəfəri öldürən, 6 nəfəri yaralayan təcavüzkar saxlanılıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Avstriyanın Villax şəhərində yaşamaq hüququ olan və bu günə qədər heç bir cinayəti olmayan suriyalı qaçqın bıçaqla hücum edib.

Hücum zamanı 14 yaşlı gəncin həyatını itirdiyi, 6 nəfərin müxtəlif səviyyələrdə yaralandığı bildirilib.

Şahidlər 23 yaşlı hücumçunun hücum zamanı və hücumdan sonra güldüyünü deyib.

Dəhşətli görüntülərdə şübhəli şəxsi polis zabitləri silahla mühasirəyə alanda belə onun gülümsədiyi görünür.

Faktla bağlı araşdırmalara başlanılıb.

Avstriya rəsmiləri hadisə ilə bağlı terror təhqiqatına başlayıb. İstintaq çərçivəsində təcavüzkarın keçmişi və motivləri araşdırılıb.

Avstriya Daxili İşlər Nazirliyi hücumçunun İŞİD terror təşkilatına bağlı olduğunu və internet üzərindən radikallaşmaqda şübhəli bilindiyini açıqlayıb.

Dəniz