backend

Qana təlabatı ödəyən yeni preparat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanın quru əvəzləyicisi hazırlanıb. Preparatın ən üstün cəhəti xüsusi saxlanma şəraiti tələb etmədən istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləməsidir. 

Qanın quru əvəzləyicisi hazırlanıb. Preparatın ən üstün cəhəti xüsusi saxlanma şəraiti tələb etmədən istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləməsidir.


TİA.AZ xəbər verir ki, Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün hazırladıqları preparatı PAM-3 adlandırıblar. Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər.

Artıq o könüllülər üzərində klinik sınaqlardan keçirilib. Preparatın orqanizm tərəfindən qəbul edilib-edilməməsi öyrənilib. Onun istifadəsinin təhlükəsiz olması təsdiqlənib.

PAM-3 müxtəlif həlledicilərlə, standart elektrolitlərlə uyğunlaşır. Lazım gəldikdə həkim onun doza və qatılığını dəyişə bilir. Preparat qanköçürmə zamanı infeksion xəstəliklərə yoluxmaq riskini aradan qaldırır.