backend

Qana prezidenti ABŞ prezidentlərindən oğurluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın yeni prezidenti Nana Akufo-Addo oğurluqda ittiham olunub. 

Qananın yeni prezidenti Nana Akufo-Addo oğurluqda ittiham olunub.

TİA.AZ xəbər verir ki, yeni dövlət başçısı inaqurasiya mərasimində çıxışı zamanı Amerika prezidentlərinin çıxışlarını oğurlayıb.

Dekabrda prezident seçkilərində qalib gələn Nana Akufo-Addonun inauqurasiya mərasimi ötən şənbə günü keçirilib.

İddiaya görə, onun nitqindəki hissələrdən biri 1993-cü ildə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun andiçmə mərasimindəki nitqindən götürülüb. Akufo-Addo çıxışının digər hissəsi isə 2001-ci ildə ABŞ-ın sabiq lideri Corc Buşun nitqi ilə tamamilə üst-üstə düşür.