QAN VERƏRKƏN NEÇƏ İNSANI XİLAS EDİRİK?

QAN VERƏRKƏN NEÇƏ İNSANI XİLAS EDİRİK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez qan verilməsinə səsləyən, çağırış edən elanlarla rastlaşırıq. Qan vermək insan orqanizmi üçün olduqca əhəmiyyətli. Həmçinin bu qana ehtiyacı olanlar da var. Ancaq bir çoxumuz bu proses zamanı bizdən alınan qanın neçə insanı xilas etdiyini, onun daha hansı formalarda istifadə olunduğunu bilmirik.

Tribunainfo.az yazır ki, bir vahid qan verən insan 3 insana həyat vermiş olur.
Bir vahid bütöv qandan 3 komponent – eritrosit kütləsi, plazma və trombosit kütləsi tədarük olunur. Bu komponentlərin hər biri isə müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur.