QAN TURALIDAN BULVAR İDARƏSİNƏ – SOYĞUNÇULUQDUR…backend

QAN TURALIDAN BULVAR İDARƏSİNƏ – SOYĞUNÇULUQDUR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist – publisist Qan Turalı Bulvar İdarəsini və Milli Parkdakı kafelərdə qiymətləri tənqid edib. Tribunainfo.az yazır ki, Qan Turalı başına gələnləri açıqlayıb.

“Şənbə günü dostlarla el arasında bulvar deyilən Dənizkənarı Milli Park-da çay içmək istədik. Kukla Teatrının yanında yerləşən “Lalə” kafesi bizə 18 və 25 manatlıq menyu təklif etdi. Gün göydən od ələyirdi amma orda dedilər ki, mütləq paxlava yeməlisiniz.
Söz yox, paxlavaya hörmətimiz var ancaq bu istidə paxlava?! Yəqin ki, o paxlava da neçə müştərinin qabağından qayıdıb.
Nəsə, biz də gedib şəbəkə kafelərin birində oturduq. Mən soyuq qəhvə içdim, yoldaşlar çay. (Amma orda soyuq qəhvə istəsəydim yəqin mənə gülərdilər. ) Lalə”nin tələb etdiyindən də az (15 AZN) hesab verdik.
Burda iki məqam var:
Dənizkənarı Milli Parkın rəhbərliyi niyə qiymətləri tənzimləmir? Çünki bura Milli Parkdır nəinki hansısa park…
Müştərini “mütləq bunu almalısan ” üslubunda heç bir seçim verməyən kafelər kapitalist rəqabət sistemində öz ömürlərini nə qədər davam etdirə bilərlər? Kofe istəsəniz dükanda satılan 20 qəpiklik kofeni gətirəcəklər. Çünki kofe maşınları yoxdur. Bir Allahın çayıdır, onun da yanına marketdən paxlava və elədi 25 manat. Bu cür işləmək olarmı?
Və belə münasibətdən sonra kim o kafeyə gedəcək?! Soyğunçu münasibət, olduqca zəif menyu və baha qiymətlər…
Rəqabət isə amansızdır, bunu köhnə düşüncə ilə işləyən kafelərin boşluğu ilə müqayisədə şəbəkə kafelərin daim dolu olmasından da görmək olar…”