“Daily Express” yazır ki, təzyiqi azaltmaq üçün tədbirlər ona görə aparılmalıdır ki, davamlı yüksək təzyiq zamanı ürəyin yük artır və ürək-damar xəstəlikləri riski yaranır. Xoşbəxtlikdən, pəhriz dəyişiklikləri buna kömək edə bilər. Beləliklə, qan təzyiqini azaltmaq üçün universal bir vasitə var – bu, qara çaydır.
TİA.AZ xəbər verir ki, bu barədə “American Journal of Clinical Dietetics” nəşrində deyilir. Məlum olub ki, qara çayın qəbulu qan təzyiqini aşağı salır, baxmayaraq ki, bunun mexanizmi tam aydın deyil.
Tədqiqat iştirakçılarına gündə üç dəfə qara çay verilib. Təzyiq ölçmələri ilk gündə, üç aydan sonra və altı aydan sonra aparılıb. Məlum olub ki, gecə saatlarında təzyiq daha aktiv şəkildə azalmağa başlayıb. Bu, kofeinin qan təzyiqinə təsir etmədiyini söyləməyə imkan verir. “Bu tapıntılar onu göstərir ki, qara çayın tərkibindəki kofein deyil, hansısa bir komponent gecə qan təzyiqinə təsir edir”, – tədqiqatçılar qeyd edirlər.
Ümumiyyətlə, qan təzyiqini aşağı salmaq üçün duz qəbulunu azaltmaq və pəhrizi meyvə və tərəvəzlərlə zənginləşdirmək lazım olduğuna inanılır. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin qeyd etdiyi kimi, gündə 6 qramdan çox duz yemək olmaz.