Qan donduran olay – iki aylıq uşağı…

Qan donduran olay – iki aylıq uşağı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada universitetə ​​silahlı basqın nəticəsində 14 nəfərin ölümünə səbəb olan David Kozakın etiraf məktubu üzə çıxıb. Onun yazdığı intihar məktubunda 2 aylıq körpəni və atasını öldürdüyünə dair etiraflar var.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Çexiyada universitetdə ölkəni sarsıdan qətliamdan sonra təcavüzkarın müxtəlif qətllər törətdiyi üzə çıxıb.

Polisdən verilən açıqlamada, paytaxt Praqada Çarlz Universitetinə silahlı hücumda 14 nəfərin ölümünə səbəb olan David Kozakın evində aparılan axtarış zamanı intihar qeydinin tapıldığı bildirilib.

Kozak məktubunda universitetə ​​hücumdan 6 gün əvvəl Çexiyanın şərqindəki Klanovice bölgəsindəki meşədə ata və körpəsini güllələyərək öldürdüyünü etiraf edib.

Polisin verdiyi açıqlamada Kozakın 32 yaşlı ata və 2 aylıq körpə qız uşağının ölümündə iştirak edən 4 min şübhəli arasında olduğu bildirilib.

Universitetdəki qırğından əvvəl atasını da qətlə yetirən Kozakın daha 2 nəfəri öldürdüyü üzə çıxdığından onun qətllərinin sayı 17-yə yüksəlib.

Çarlz Universitetinə edilən hücum ölkə tarixində “ən pis kütləvi atışma” kimi tarixə düşdü.