Qan donduran hadisə: Keçmiş arvadını boğazından bıçaqlayıb və ölənə qədər…backend

Qan donduran hadisə: Keçmiş arvadını boğazından bıçaqlayıb və ölənə qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyanın Döşemealtı rayonunda Abdülkadir K. keçmiş həyat yoldaşı Aytən Çağıranı boğazından bıçaqlayaraq öldürüb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, hadisədən sonra qaçmayan, heç kimi yaxın buraxmayan qatil ər mərhum qadının dəfn mərasimində saxlanılıb.

Afyonkarahisarın Dinar rayonunda islah məmuru işləyən Abdülkadir K. (48) boşandığı həyat yoldaşı Aytən Çağıranla (44) mübahisə edib.

Mübahisə böyüyərkən Əbdülkadir K. əlindəki bıçağı çıxararaq keçmiş həyat yoldaşının boğazından bıçaqlayıb.

Hadisəni görən vətəndaşlar xəbər verdikdən sonra bölgəyə çoxlu sayda polis və sağlamlıq qrupları göndərilib.

Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım qrupları Aytən Çağıranın öldüyünü müəyyən ediblər. Digər tərəfdən, hadisə şahidləri iddia edib ki, Abdülkadir K. hadisəni törətdikdən sonra keçmiş həyat yoldaşının sağ olub-olmadığını yoxlamaq üçün dəqiqələrlə onu gözləyib və heç kimi ona yaxın buraxmayıb.