Qan donduran hadisə: Həkimin kəlləsini…backend

Qan donduran hadisə: Həkimin kəlləsini…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşının Adanada işə qəbulu üçün hesabat almağa çalışarkən, ailə həkimi Dr. Can Cevher Gürleri elektrik çaydanı ilə döyərək ağır yaralayan Seracettin D. ədliyyəyə sövq edilib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Seracettin D.-nin ifadəsində “üstümə çay tökdü, ona görə də özümü qorumaq istədim”, – dediyi bildirilib.

Seyhan rayon Dumlupınar məhəlləsindəki ailə sağlamlığı mərkəzində baş verən hadisədə, ailə həkimi qeydiyyatı başqa bir həkimdə olan Seracettin D. Dr. Can Cevher Gürlərin yanına gəlib və həyat yoldaşı üçün iş hesabatı almaq istəyib. Dr. Gürlərin vəziyyəti ancaq yanında qeydiyyatda olmayan şəxsə bildirə biləcəyini deməsindən sonra mübahisə yaranıb. Mübahisə böyüyərkən Seracettin D. otaqdakı elektrik çaydanı ilə həkimə hücum edib. Hücum nəticəsində sol çiyni yerindən çıxmış, kəllə sümüyündə çat və açıq yaralar olan Dr. Gürler, Seyhan Dövlət Xəstəxanasına aparılıb. Müalicəsi reanimasiya şöbəsində aparılıb.