İzmirin Bornova rayonunda Vesih Şimşək (45) 4 uşağını tapança ilə vuraraq intihara cəhd edib.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Cemre, Ceylin və Nira Şimşək həyatını itirib, Vesih və Hiranur Şimşək isə ağır yaralanıb.
Hadisə səhər saatlarında Mərkəzi 4541/1 küçəsində baş verib. Psixoloji problemləri olduğu öyrənilən Vesih Şimşək övladları Hiranur, Cemre, Ceylin və Nira Şimşəkləri öz zeytun bağına gətirib. Burada o, naməlum səbəbdən yanında olan silahla dörd uşağını dəfələrlə güllələyib. Uşaqlar bədənlərinin müxtəlif nahiyələrindən güllələrlə yerə yıxılıblar. Daha sonra Şimşək qohumuna zəng edərək onların yerini bildirərək uşaqlarını vurduğunu, özünün də intihar edəcəyini bildirib və eyni silahla intihara cəhd edib.
Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları Cemre, Ceylin və Niranın öldüyünü müəyyən edib. Ağır yaralanan Vesih və Hiranur Şimşək təcili yardımla xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.