Qalmaqallı və problemli tikinti şirkətlərindən olan “Yeni Ailə” MTK növbəti dəfə məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı iddianı narazı sakinlərdən biri Qədirov Tahir Əhməd oğlu qaldırıb. Prosesdə maraqlı tərəf kimi Nəsimi rayon İH-də iştirak edir. İşin mahiyyəti barədə ətraflı məlumat verilmir.
MTK ilə bağlı işə Bakı Kommersiya Məhkəməsində 27 fevral tarixində baxılacaq. İş hakim Zeynəb Axundovun icraatındadır.
Qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonu “Yeni Ailə” MTK-nın rəhbərinin Hacıyev Ziya olduğu deyilir. Narazı sakinlərlə müqaviləni isə şirkət adından Rasim müəllim adlı şəxs və Fazil Məmmədov imzalayıb.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən