Qalmaqallı tikinti şirkəti olan “Vialon” MMC-də aparılan yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb.yol verdiyi nöqsanlara görə tikinti şirkəti ilə bağlı cərimə ptotokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı “Vialon” MMC-nin İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“Vialon” MMC ilə bağlı işə Nəsimi rayon Məhkəməsində baxılır. 15 oktyabra təyin edilən prosesə hakim Anar İbadzadə sədrlik edəcək.
Qeyd edək ki, “Violan ” MMC tikinti şirkəti sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımovundur. Şirkətlər bağlı mətbuatda dəfələrlə qalmaqallı yazılar, şikayətlər işıqlandırılıb. Ötən il bu tikinti şirkətinin özbaşınalıqları ilə bağlı Binəqədi rayonu 7-ci mikrorayon sakinləri ölkə prezidentinə, həmçinin aidiyyəti bir neçə quruma müraciət ünvanlamışdılar.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar İxtiyarqızı