“Xudafərin-AN” MMC-nin rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. TİA.AZ musavat.com-a istinadən xəbər verir ki, buna səbəb MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan 3110 manat, işsizlikdən sığorta fonduna olan 118 manat məbləğində borcunu ödəməməsidir.
MMC-nin dövlətə borcu yarandığı üçün rəhbər şəxs olan Əhmədov Tahir İsmayıl oğlunun ölkdən çıxışına qadağa qoyulub.
Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
Xatırladaq ki, 1994-cü ildə yaradılan bu MMC ətrafında bir çox qalmaqallar yaşanıb. Hələ 2012-ci ildə özünü MMC-nin təsisçisi kimi təqdim edən Arifə Əliyeva bildirirdi ki, vəzifəli şəxslər ona təzyiq edir. Qeyd edirdi ki, həmin şəxslər şirkət və ona məxsus əmlakları ondan almaq istəyirlər. Sonra isə şirkətin başqa şəxslərin adına keçdiyi bildirilirdi.