Qalmaqallı sərnişindaşıma şirkəti “Monella” cərimələnir

Qalmaqallı sərnişindaşıma şirkəti “Monella” cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir sərnişindaşıma ilə məşğul olan şirkət cərimələnib. Bu dəfə “Monella” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 469.3-cü maddəsini pozduğu məlum lub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 10 dekabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə proses keçiriləcək.

Qeyd edək ki, “Monella” şirkətinin sahibi Qurbanəli İsmayılovdur. Q.İsmayılov həm də “İsmayıloğlular” MMC-nin də sahibidir. Mediada dəfələrlə adı hallanan sahibkarı sürücülər “Quldar Qurbanəli” kimi tanıyır. Şirkətlə bağlı şikayətlər çox olduğundan bir neçə dəfə şirkətə məxsus marşrut xətti “Monella” MMC-nin əlindən alınıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman