Xəbər verdiyimiz kimi, Türkiyə çempionatında 16-cı turun oyunları keçirilib.
İstanbul nəhəngləri “Beşiktaş” və “Qalatasaray” da növbəti oyununa çıxıb.
“Beşiktaş” autsayderlərdən olan “Adana Demirspor”un qonağı olub. “Ağ-qaralar” bu matçda gözlənilmədən 1:2 hesabı ilə uduzub.
“Qalatasaray” isə doğma meydanda “Trabzonspor”u qəbul edib. Gərgin və hakimin müzakirən yaradan qərarları ilə qalmaqallı keçən matçda “Cim-Bom” qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə vurulan qolla 4:3 hesablı qələbə qazanıb.
Matçların videoicmalını təqdim edirik:
“Qalatasaray” – “Trabzonspor” – 4:3
Qollar: Dries Mertens, 8 (1:0), Ozan Tufan, 17 (1:1), Yunus Akgün, 29 (2:1), Simon Banza, 51 (2:2), Ozan Tufan, 55 (2:3), Mişi Batşuayi, 63-pen. (3:3), Ali Şahin Yılmaz, 90+8 (4:3)
“Adana Demirspor” – “Beşiktaş” 2:1
Qollar: Yusuf Barasi, 31, Abat Aymbetov, 39 – Əl-Musrati, 72
Qırmızı vərəqə: Tayyip Talha Sanuç, 76