Qalmaqallı jurnalsitin Putinlə müsahibəsinin baxış sayı 50 milyonu keçdibackend

Qalmaqallı jurnalsitin Putinlə müsahibəsinin baxış sayı 50 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
X sosial şəbəkəsində amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi dərc olunduqdan beş saatdan bir az artıq vaxtda 50 milyondan çox baxış toplayıb.
Tribunainfo.az xəbər verir ki, 471 min istifadəçi videoya “like” işarəsi qoyub.
The New York Times hesab edir ki, Rusiya prezidenti Taker Karlsonla müsahibəsində ABŞ-ı Ukrayna ilə bağlı danışıqlara çağırıb: o, hərbi əməliyyatları dayandırmaq üçün Ukrayna ərazisinin Rusiyaya verilməsi ilə bağlı “razılaşmağı” təklif edib.
Taker Karlson Rusiya dövlətinin başçısı ilə müsahibədən sonra deyib ki, Vladimir Putin onunla müsahibə zamanı fikirlərini səmimiyyətlə bildirib. O, Putini çox ağıllı həmsöhbət adlandırıb və deyib ki, buna heç bir şübhə yoxdur.
Kremlin saytı Vladimir Putinin Taker Karlsonla müsahibəsinin tam mətnini dərc edib. Müsahibə 2 saat 7 dəqiqə 18 saniyə davam edib.