Qalmaqallı direktor işdən çıxarıldı, Agentliyi məhkəməyə verdi

Qalmaqallı direktor işdən çıxarıldı, Agentliyi məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Xətai rayonunda fəaliyyət göstərən 25 nömrəli tam orta məktəbin keçmiş direktoru Fəridə Şərifova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, keçmiş direktorun iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.
Fəridə Şərifovanın iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Ramin Quliyev iş üzrə hakim təyin edilib.
Fəridə Şərifova 2022-ci ildə direktoru olduğu məktəbdə qanunsuz əməllərə yol verməsi iddiaları ilə gündəmə gəlmişdi. Bu barədə mediada kifayət qədər yazılıb.
Bundan sonra onun işdən çıxarıldığı deyilir. Lakin görünən odur ki, Fəridə Şərifova işdən çıxarılması ilə barışmaq niyyətində deyil.