Dünya çempionatının qalibi olan argentinalı futbolçular bu gün vətənlərinə dönüblər.
TİA.AZ xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.
Belə ki, çempionları daşıyan üstüaçıq avtobus Argentina paytaxtında dövrə vurub. Bu zaman Messinin, Di Marianın olduğu avtobus elektrik kabellərinin çəkildiyi küçədən keçərkən futbolçulara ciddi təhlükə yaranıb.
Lakin futbolçular cəld reaksiya ilə başlarını aşağı əyib ağır faciədən qurtula biliblər.
Həmin görüntüləri təqdim edirik: