“Qalib Salahzadə təfəkkürlü birisilə deyişmək fikrində deyiləm” – deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən artıq Qalib Salahzadə ilə bağlı xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət etmişəm.
 “Mən artıq Qalib Salahzadə ilə bağlı xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət etmişəm. Hesab edirəm ki, Azərbaycan hüquqi dövlətdir və hər şey məhkəmədə aydınlaşdırılmalıdır”.
Bu sözləri Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az-a açıqlamasında Qalib Salahzadənin hədələrinə cavab olaraq deyib.
Deputat, Qalib Salahzadənin onun barəsində dediyi “mən heç səndən o vaxt qorxmamışam, qaldı ki, indi qorxum” –sözlərinə belə cavab verib:
“Biz rinqə çıxmırıq. Mən haqqın və doğrunun harada olduğunun məhkəmə qaydası ilə araşdırılması üçün addım atmışam. Qalib Salahzadənin fikirləri məni heç maraqlandırmır. Sizin vasitənizlə jurnalist dostlarıma da demək istəyirəm ki, təfəkkürü, dünyagörüşü, savadı mənimlə müqayisə olunmaz dərəcədə fərqlənən birisilə mətbuatda söz, polemika duetinə çıxmaq fikrində deyiləm. Hər şeyə məhkəmə aydınlıq gətirəcək”.