Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.
Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.
“Hürriyet”xəbər verir ki, “Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Qərardan dərhal sonra yeni məşqçi axtarışına başlayan rəhbərlik “Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudorun namizədliyi üzərində dayanıb. İ.Tudorun meneceri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib. “Qalatasaray”ın İ.Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, hələlik klub rəhbərliyi baş məşqçi dəyişikliyi barədə rəsmi açıqlama verməyib.