Super Liqada çempionluq mübarizəsi aparan Qalatasarayda flaş inkişaflar yaşanır. Derbidə “Beşiktaş”ı məğlub edən Cimbomda böhran yaşanır. Son məlumata görə, Okan Buruk mübahisə etdiyi ulduz futbolçunun biletini kəsib və müqaviləsinə xitam verməyə cəhd edilib.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, çempionluq yarışında iddialı mövqedə olan “Qalatasaray” liderliyi əzəli rəqibi “Fənərbaxça”dan geri alıb. Sarı-qırmızılı komanda Trendyol Superliqasının 28-ci həftəsində səfərdə “Beşiktaş”la qarşılaşıb.
Nəhəng derbiyə sürətlə başlayan Cimbom 2-ci dəqiqədə Əl-Musratinin avtoqolu ilə meydanı 1:0 hesablı qələbə ilə tərk edib və kritik küncdən səhvsiz keçib.
3 xal qazanan “Qalatasaray” “Fənərbaxça”nı 2 xal qabaqlayıb. Cimbom 28 həftənin sonunda xalını 75-ə yüksəltdi.
Avropa Liqasından kənarlaşdırılan və hazırda diqqətini yalnız liqaya yönəldən sarı-qırmızılı komandada Serxio Oliveyra böhranı var.
“Beşiktaş” matçı üçün heyətdə olmayan Serxio Oliveyranın “Fatih Karagümrük” matçından sonra “Qalatasaray”ın baş məşqçisi Okan Burukla mübahisə etdiyi iddia edilib.
Matçdan sonra mətbuat konfransında açıqlama verən Okan Buruk heyətdə olmayan futbolçulardan danışarkən Serxio Oliveyranın adını çəkmədiyini qeyd edib.
Dəniz Pənahova