“Qalatasaray” yeni Muslerasını tapdı

“Qalatasaray” yeni Muslerasını tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Super Liqa nəhəngi “Qalatasaray”da qapıçı axtarışları davam edir.

Tribunainfo.az xəbər verir ki, qırmızı-sarı komanda transfer əməliyyatlarını davam etdirərkən, gündəmə gələn son ad Santos komandasının qapıçısı Qabriel Brazaodur.

Rəsmi təklif olmasa da, “Qalatasaray”ın transferin qiymətini öyrənmək üçün Brazao təmsilçiləri ilə əlaqə saxladığı bildirilib.

 

Dəniz Pənahova