Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi “Tottenhem” üzərində qələbə qazanıb.
Tribunainfo.az xəbər verir ki, İstanbul təmsilçisi IV turda rəqibini 3:2 hesabı ilə üstələyib.
UEFA Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur
21:45. “Qalatasaray” (Türkiyə) – “Tottenhem” (İngiltərə) – 3:2
Qollar: Akgün, 6 (1:0), Lankşer, 18 (1:1), Osmihen, 31 (2:1), 39 (3:1), Solanke, 69
Qırmızı vərəqə: Vill Lankşer, 60 (“Tottenhem”)
Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında üçüncü qələbəsini qazanıb.