“Qalatasaray” Mourinyonu irqçilikdə ittiham etdi

“Qalatasaray” Mourinyonu irqçilikdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” klubu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun cəzalandırılmasını tələb edir.
Tribunainfo.az  xəbər verir ki, klub bu barədə bəyanat yayıb.

Portuqaliyalı mütəxəssis irqçi şüarlar səsləndirməkdə ittiham olunur.Belə ki, Mourinyo mətbuat konfransında “Qalatasaray” futbolçularının hakimə təzyiq göstərərək “Fənərbaxça”nın müdafiəçisi Yusuf Akçiçekin cəzalandırılmasına çalışdıqlarını deyib.

Mütəxəssis Yusufu keçmiş futbolçusu Rafael Varanla müqayisə edərkən həmin epizoda belə şərh bildirib: “Hakimə təşəkkür etməliyəm. Çünki rəqib skamyada oturanların hamısı meymun kimi tullanırdı”.

“Qalatasaray” isə bəyanatında bildirib: “Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqının ünvanına aşağılayıcı ifadələr işlədən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo indi də qeyri-insani ifadələr işlədib. Joze Mourinyonun irqçi ifadələri ilə bağlı prokurorluğa, UEFA və FİFA şikayət edəcəyimizi bildirmək istəyirik”.